"Böyük Dəbilqə": Turan Bayramov gümüş medal qazanıb - YENİLƏNİB

Xəbərlər
28 Fevral 2025 16:53
217
"Böyük Dəbilqə": Turan Bayramov gümüş medal qazanıb - YENİLƏNİB

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürüb.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi 1 medal qazanıb.

3 cüdoçu ilə qatıldığımız “Böyük Dəbilqə”də Turan Bayramov fəxri kürsüyə yüksəlib.

60 kq
Turan Bayramov ilk görüşündə Yuntao Vanqla (Çin) güləşib. Qələbə qazanan cüdoçumuz 1/4 finalda Mehrzod Sufiyevlə (Tacikistan) üz-üzə gəlib. Bayramov bu qarşılaşmanı da aktivinə yazıb. O, yarımfinalda özbəkistanlı Baxrom Baturovla gücünü yoxlayıb və rəqibini məğlub edib. Turan finalda Ayub Bliyevlə (İJF) gücünü yoxlayıb. Rəqib qalib gəldiyindən cüdoçumuz turniri gümüş medalla bitirib.

Mübarizəyə ikinci mərhələdən başlayan Balabəy Ağayev Anvarjon İbrohimova (Özbəkistan) uduzub.

66 kq
Yaşar Nəcəfov startda Ramazan Abdullayevə (İJF) uduzub.

Qeyd edək ki, Daşkənddə "Böyük Dəbilqə" turnirinə 23 ölkədən 242 idmançı qatılıb. Yarış 3 gün davam edəcək.

İdman.biz