Cüdo üzrə Azərbaycan millisinin Dünya turunun ümumi sıralamasındakı mövqeyi açıqlanıb.
İdman.biz xəbər verir ki, komandamız siyahıda beşinci pillədə qərarlaşıb.
İlin ilk turnirlərinin - Paris, Bakı və Daşkənddə keçirilən "Böyük Dəbilqə" yarışlarının nəticələrinə görə, cüdoçularımız doqquz mükafat (2-2-5) əldə ediblər.
Fransa paytaxtında Ruslan Paşayev (66 kq), Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar. Bakıda Zelim Tçkayev (81 kq) birinci, Rəşid Məmmədəliyev (73 kq) ikinci, Əhməd Yusifov (60 kq), Elşən Əsədov (66 kq) və Vüsal Qələndərzadə (73 kq) üçüncü yeri tutub. Daşkənddə isə Turan Bayramov (60 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Yaponiyanın lider olduğu (18-11-10) siyahıda neytral idmançılar ikinci (7-4-7) yerdə, Fransa isə üçüncü (3-3-11) pillədədir.
Qeyd edək ki, reytinq cədvəlində tura daxil olan “Böyük Dəbilqə”, Qran-Pri və digər yüksək səviyyəli yarışlarda il ərzində çıxış edən komandaların nəticələri yer alıb.
İdman.biz