ACF Turunun ilk yarışı keçiriləcək

Xəbərlər
5 Mart 2025 12:04
90
ACF Turunun ilk yarışı keçiriləcək

Azərbaycan Cüdo Federasiyası yeni ACF Turuna start verir.

İdman.biz xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Yarış kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılması məqsədilə keçirilir.

Sabah Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində başlayacaq turnirdə 40 klub və idman cəmiyyətindən 278 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cari ildə üç belə turnirin keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.

İdman.biz

Məqalədə: