İlin əvvəlindən cüdo üzrə Dünya turu yarışlarında qırx ölkədən idmançılar fərqləniblər.
İdman.biz xəbər verir ki, Azərbaycan komandası hələlik iki qızıl, iki gümüş və beş bürünc olmaqla doqquz mükafat qazanıb.
Medalların böyük əksəriyyəti Balıdakı “Böyük Dəbilqə”də əldə olunub. Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Elşən Əsədov (66 kq) və Vüsal Qələndərzadə (73 kq) isə bürüncə sahib çıxıblar.
Dünya turunun ümumi sıralamasında Azərbaycan Gürcüstan, İtaliya, İspaniya, Braziliya və bir çox başqa ölkələri qabaqlayaraq altıncı yerdədir.
Siyahıya Yaponiya başçılıq edir (20-15-16), neytral statuslu idmançılar ikinci (7-4-7), Fransa isə üçüncü yerdədir (4-4-11).
Qeyd edək ki, mövsümün əvvəlindən indiyədək Dünya turu çərçivəsində dörd yarış - Paris, Bakı və Daşkənddə "Böyük Dəbilqə", eləcə də Avstriyada Qran Pri turnirləri keçirilib. Yaponiyada təlim-məşq toplanışında olan cüdoçularımız sonuncu yarışda iştirak etməyiblər.
İdman.biz