Məğlubedilməz Heydərov

Xəbərlər
14 Mart 2025 15:49
38
Məğlubedilməz Heydərov

Olimpiya çempionu Hidayət Heydərov (73 kq) beynəlxalq arenada heyranedici qələbələr seriyasına malikdir.

İdman.biz xəbər verir ki, Azərbaycan cüdoçusu 16 aydır məğlubedilməzdir.

Onun seriyasına dörd yarışda 21 görüş daxildir. Hidayət sonuncu dəfə 2023-cü ilin dekabrında Avropanın açıq çempionatının 1/4 finalında Akil Qyakovaya (Kosovo) uduzub.

Yeri gəlmişkən, Heydərov Abu Dabidə keçirilən dünya çempionatının elə ilk qarşılaşmasında, həmçinin Olimpiadada ondan həmin məğlubiyyətin əvəzini inamla çıxıb.

Qeyd edək ki, Heydərov ötən il Bakıda keçirilən “Böyük Dəbilqə”nin, eləcə də dünya və Avropa çempionatlarının qalibi olub. O, hazırda milli komandanın heyətində Yaponiyada məşq edir.

İdman.biz