Ağdaş Olimpiya İdman Kompleksi və Kürdəmir Olimpiya İdman Kompleksinin nəzdində cüdo zalları fəaliyyətə başlayıb.
İdman.biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti açıqlama yayıb.
Qurumun icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, kişilərdən ibarət yığma komandanın böyük məşqçisi Elxan Məmmədovun iştirak etdiyi açılış mərasimlərində Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və digər rəsmilər də qatılıb.
Cüdo zalları Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib.
İdman.biz