Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən usta cüdoçular arasında dünya çempionatı başa çatıb.
İdman.biz xəbər verir ki, idmançılarımız yarışda 5 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edib.
Veteranlarımız çempionatı ümumi hesabda 6-cı, kişilər arasında isə 5-ci yerdə başa vurub.
Yarışın dördüncü günündə M2 və F5 yaş kateqoriyaları üzrə 15 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Onlar yarışın sonuncu günündə 1 qızıl və 1 bürünc medala sahib olub.
M2 yaş kateqoriyası 66 kq çəkidə Nadir Babayev qızıl, Vüqar Babayev isə bürünc medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Xəyal Zalıyev 7-ci yerlə kifayətlənib. 60 kq çəkidə Əfqan Abdullayev yarışı 5-ci yerdə tamamlayıb.
F5 yaş kateqoriyası üzrə isə Zülfiyyə Hüseynova (70 kq) da 5-ci pillədə qərarlaşıb.
İdman.biz