"Böyük Dəbilqə": Yelkiyev bürünc şansını qaçırıb - YENİLƏNİB

Xəbərlər
21 Mart 2025 18:27
317
"Böyük Dəbilqə": Yelkiyev bürünc şansını qaçırıb - YENİLƏNİB

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə "Böyük Dəbilqə" turniri start götürüb.

İdman.biz xəbər verir ki, ilk yarış günü ümumilikdə 5 cüdoçumuz 4 çəki dərəcəsində (3 kişi və 2 qadın) tatamiyə çıxıb.

Komandamız turnirdə 8 çəki dərəcəsində ümumilikdə 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq. Yarış martın 23-ə kimi davam edəcək.

60 kq
Murad Muradlı ilk mərhələdə Jaba Papinaşviliyə (Gürcüstan) qalib gəlsə də, növbəti görüşdə Enzo Jeana (Fransa) məğlub olub.

66 kq
Rəşad Yelkiyev ilk qarşılaşmada Luka Saqanelidzeyə (Gürcüstan), sonra isə Françesko Cargneluttiyə (İtaliya) qalib gəlib. 1/4 finalda onun rəqibi Abdurakhim Nutfulloev (Özbəkistan) olub. Yenə qələbə qazanan Yelkiyev yarımfinala yüksəlib. Amma final yolunda Abrek Naquçevə (IJF) uduzub. Cüdoçumuz bürünc uğrunda Azizbek Ortikovla (Özbəkistan) qarşılaşıb və uduzaraq medal qazanmağ şansını əldən verib.

Nazir Talıbov isə startda Laşa Nadiradzeyə (Gürcüstan) məğlub olub.

52 kq
Aydan Vəliyeva ilk görüşdə Qal-Od Tserentoqtoxa (Monqolustan) qalib gəlsə də, növbəti mərhələdə Amandine Bucharda (Fransa) uduzub. Təsəlliverici yarışda onun rəqibi Roza Gyertyas (Macarıstan) olub. Bu dəfə də məğlub olan cüdoçumuz mübarizəni dayandırıb.

57 kq
Fidan Əlizadə də ilk mərhələdə Byanka Reisə (Braziliya) məğlub olub.

İdman.biz