Azərbaycan cüdoçusu fəxri kürsünün ən yüksək pilləsində - FOTO

Xəbərlər
22 Mart 2025 23:50
56
Azərbaycan cüdoçusu fəxri kürsünün ən yüksək pilləsində - FOTO

Bu gün Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının heyətində Fəridə Mirzəyeva uğurlu çıxışla yadda qalıb.

48 kq-da mübarizə aparan cüdoçumuz bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.

Qeyd edək ki, komandamız yarışda 6 çəki dərəcəsində 8 idmançı ilə təmsil olunub.

İdman.biz