Olimpiya çempionlarımız reytinq cədvəlinin ilk pilləsində

Xəbərlər
24 Mart 2025 23:04
69
Olimpiya çempionlarımız reytinq cədvəlinin ilk pilləsində

Cüdo üzrə Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya reytinq cədvəlinə başçılıq edirlər.

İdman.biz xəbər verir ki, onlar Beynəlxalq Cüdo Federasiyasının (IJF) açıqladığı cədvəldə lider mövqeyində qərarlaşıblar.

Hesabında 7254 xal olan Hidayət ən yaxın izləyicisi yaponiyalı Tatsuki İşiharanı (4800 xal) böyük fərqlə qabaqlayır. Zelim isə 6112 xalla 1-ci pillədə yer alıb. O, Matvey Kanikovskiy və İlya Sulamanidzeni geridə qoyub.

Digər cüdoçularımızdan Turan Bayramov (60 kq) iki pillə irəliləyərik 12-ci, Ruslan Paşayev (66 kq) isə bir pillə yüksələrək 19-cu pillədə yer alıb. Uşanqi Kokauri (+100) bir pillə geriləsə də (16-cı yer), Zelim Tçkayev (81 kq) və Elcan Hacıyevin (90 kq) mövqeyində dəyişiklik olmayıb. Onlar müvafiq olaraq, 8-ci və 10-cu pillələrdə qərarlaşıblar.

İdman.biz