Azərbaycanın 22 cüdoçusu Avropa kubokunda mübarizə aparacaq

Xəbərlər
25 Mart 2025 11:29
61
Azərbaycanın 22 cüdoçusu Avropa kubokunda mübarizə aparacaq

Azərbaycanın cüdo komandası aprelin 5-6-da Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Avropa kubokunda çıxış edəcək.

İdman.biz xəbər verir ki, heyətə 22 idmançı daxil edilib.

Kişilərin yarışında Murad Muradlı, Elbrus Zamanov (hər ikisi 60 kq), Kamran Süleymanov, Eltac Yusifli, Bəhram Qurbanlı, Qasım Vəlizadə (hamısı 66 kq), İbrahim Əliyev, Aydın Rzayev, Nəriman Mirzəyev (hamısı 73 kq), Kərim Allahverdiyev (81 kq), Vüqar Talıbov, Murad Fətiyev, Məmmədrza Hacızadə, İbrahim Ağakişiyev (hamısı 90 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qadınların turnirində ölkəmizi Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli, Aytac Qardaşxanlı (hamısı 70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) təmsil edəcəklər.

Avropa kubokuna ümumilikdə 42 ölkədən cüdoçular qatılacaqlar.

İdman.biz

Məqalədə: