Olimpiya çempionu Hidayət Heydərov (73 kq) bütün kateqoriyalar üzrə cüdoçular arasında topladığı reytinq xallarının sayına görə ikinci olaraq qalır.
İdman.biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) ümumi siyahısı həm kişilər, həm də qadınlar arasında dünya sıralamasında liderlərin göstəricilərini əks etdirir.
Azərbaycan cüdoçusu 7254 xalla ikinci pillədə möhkəmlənib.
Bu, kişilər arasında ən yüksək göstəricidir və Heydərov ümumi reytinqdə yalnız Olimpiya çempionu Krista Dequçidən (Kanada, 8440) geri qalır. Onun ardınca Yay Oyunlarının digər qalibi Diora Keldiyorova (Özbəkistan, 6550) qərarlaşıb.
Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) qazandığı xallara görə (6112) altıncıdır.
İdman.biz