Cüdo üzrə Dünya turunda bir aylıq fasilədir.
İdman.biz xəbər verir ki, ötən həftəsonu Tbilisidə "Böyük Dəbilqə" turniri başa çatdıqdan sonra bütün əsas reytinq yarışları may ayından davam edəcək.
Buna səbəb apreldə hazırda komandaların hazırlaşdıqları qitə çempionatlarının keçiriləcəyidir. Azərbaycan millisi də aprelin 23-26-da Podqoritsada təşkil ediləcək Avropa çempionatına hazırlaşır.
Dünya turu isə mayın 2-4-də Tacikistanın paytaxtı Düşənbədə "Böyük Dəbilqə" turniri ilə davam edəcək.
İdman.biz