Cüdoçularımız Avropa kubokunda

Xəbərlər
28 Mart 2025 12:28
52
Cüdoçularımız Avropa kubokunda

Azərbaycanın cüdoçuları aprelin 5-6-da Çexiyanın Teplitse şəhərində kadetlər arasında keçiriləcək Avropa kubokunda mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, heyətdə 33 idmançı yer alacaq - 17 oğlan və 16 qız.

İdmançılarımız ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaqlar.

Almaniya 112 cüdoçu ilə yarışda ən böyük heyətə malik olacaq.

Ümumilikdə Avropa kubokunda 38 ölkənin komandaları çıxış edəcək.

İdman.biz

Məqalədə: