Azərbaycan cüdoçuları üçün bu ayın ilk beynəlxalq turniri Avropa kuboku olacaq.
İdman.biz xəbər verir ki, yarış aprelin 5-6-da Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək.
Ölkəmizi 22 idmançı təmsil edəcək ki, dəfələrlə "Böyük Dəbilqə"nin mükafatçıları olmuş Murad Fətiyev və Vüqar Talıbovun da mübarizə aparacaqları 90 kq-a qədər çəki dərəcəsində yarış xüsusilə diqqəti cəlb edir.
Heyətdə həmçinin Murad Muradlı, Elbrus Zamanov (hər ikisi 60 kq), Kamran Süleymanov, Eltac Yusifli, Bəhram Qurbanlı, Qasım Vəlizadə (hamısı 66 kq), İbrahim Əliyev, Aydın Rzayev, Nəriman Mirzəyev (hamısı 73 kq), Kərim Allahverdiyev (81 kq), Məmmədrza Hacızadə və İbrahim Ağakişiyev (90 kq) də yer alıblar.
Qadınların turnirində Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli, Aytac Qardaşxanlı (hamısı 70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa kubokunda 41 ölkədən cüdoçular iştirak edəcəklər.
İdman.biz