Cüdoçular Avropa kubokuna başlayırlar

Xəbərlər
5 Aprel 2025 13:04
68
Cüdoçular Avropa kubokuna başlayırlar

Azərbaycanın cüdo komandası Xorvatiyanın Dubrovnik şəhərində start götürən Avropa kubokunda mübarizəyə başlayır.

İdman.biz xəbər verir ki, turnirin ilk günündə on idmançımız tatami üzərinə çıxacaq.

Kişilərin yarışında Murad Muradlı, Elbrus Zamanov (hər ikisi 60 kq), Kamran Süleymanov, Eltac Yusifli, Bəhram Qurbanlı, Qasım Vəlizadə (hamısı 66 kq), İbrahim Əliyev və Aydın Rzayev (hər ikisi 73 kq) qüvvələrini sınayacaqlar.

Qadınların mübarizəsində Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) çıxış edəcəklər.

Avropa kubokuna 41 ölkədən cüdoçular qatılıb.

İdman.biz

Məqalədə: