Cüdoçularımız Avropa kubokunda 7 medal qazanıblar - FOTO

Xəbərlər
5 Aprel 2025 23:40
84
Cüdoçularımız Avropa kubokunda 7 medal qazanıblar - FOTO

Bu gün Çexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa kubokuna start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması ilk 7 medal qazanıb.

Oglanların mübarizəsində ən yüksək nəticəyə Rəsul Əlizadə (55 kq) imza atıb. O, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Daha 3 cüdoçumuz - Anar Quliyev (50 kq) bürünc, Royal Qayıbov (60 kq) və Əli Hümbətov (66 kq) yarışı bürünc medalla başa vurub.

Qızların yarışında Nərmin Ağamirzəzadə (48 kq) qızıl medala sahib çıxıb. Finalda uduzan Gülşən Hüseynova (44 kq) gümüş, Mədinə Hüseynova (40 kq) isə bürüncə yiyələnib.

Qeyd edək ki, 38 ölkədən 857 idmançının mübarizə apardığı turnirə sabah yekun vurulacaq. Ölkəmiz yarışda 16 çəki dərəcəsində 33 cüdoçu (17 oğlan, 16 qız) ilə təmsil olunur.

İdman.biz