Daha bir cüdoçumuz Avropa çempionatında mübarizə aparacaq

Xəbərlər
7 Aprel 2025 14:45
73
Daha bir cüdoçumuz Avropa çempionatında mübarizə aparacaq

Daha bir cüdoçumuz aprelin 3-dən 27-dək Monteneqronun Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatında mübarizəyə qoşulacaq.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin məşqçilər korpusu daha əvvəl bu iştirakçının Dubrovnikdə (Xorvatiya) keçiriləcək avrokuboklardan sonra müəyyənləşəcəyini açıqlamışdı.

Murad Fətiyevdir (90 kq) turnirin qalibi olub və qitə birinciliyi ərizəsinə daxil edilib.

Qeyd edək ki, qitə birincliyində Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq), həmçinin Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Zelim Tskayev, Ömər Rəcəbli (hər ikisi 81 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

İdman.biz

Məqalədə: