Cüdo üzrə Azərbaycan millisi Macarıstanda təlim-məşq toplanışına başlayıb.
İdman.biz xəbər verir ki, Avropa Cüdo İttifaqının (EJU) təşkil etdiyi hazırlıq Tata şəhərindəki Olimpiya bazasında keçirilir.
Aprelin 23-də Podqoritsada başlayacaq Avropa çempionatı ərəfəsində təlim-məşq toplanışında bir çox ölkənin komandası iştirak edir.
Qeyd edək ki, Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiadadan sonra ilk yarışa hazırlaşırlar.
İdman.biz