Qadın cüdoçular İtaliyaya yollanırlar

Xəbərlər
9 Aprel 2025 15:27
58
Qadın cüdoçular İtaliyaya yollanırlar

Azərbaycanın qadınlardan ibarət cüdo yığması aprelin 12-13-də İtaliyanın Lignano şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa kubokunda iştirak edəcək.

İdman.biz xəbər verir ki, heyətdə yeddi idmançı yer alıb.

Ölkəmizi yarışda Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədaşova (52 kq), Gülnarə Bayramova, Vüsalə Hacıyeva (hər ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (63 kq) və Pərvanə Abdullayeva (70 kq) təmsil edəcəklər.

Avropa kubokunda 29 ölkədən cüdoçular mübarizə aparacaqlar.

İdman.biz