Gənc cüdoçular Polşada təlim-məşq toplanışında

Xəbərlər
9 Aprel 2025 16:45
65
Gənc cüdoçular Polşada təlim-məşq toplanışında

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət millisinin üzvləri Polşanın Poznan şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıblar.

İdman.biz xəbər verir ki, idmançıların hazırlıq prosesi 3 gün nəzərdə tutulub.

Toplanışa yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər. Bu, mayın 3-4-də Türkiyənin İstanbul şəhərində keçiriləcək gənclər arasında Avropa kubokuna hazırlıq məqsədi daşıyır.

İdman.biz