Heydərov, Kotsoyev və digərləri Macarıstanda məşqləri davam etdirirlər - FOTO

Xəbərlər
11 Aprel 2025 17:25
50
Heydərov, Kotsoyev və digərləri Macarıstanda məşqləri davam etdirirlər - FOTO

Cüdo üzrə Azərbaycan millisi Macarıstanda təlim-məşq toplanışını davam etdirir.

İdman.biz xəbər verir ki, idmançılarımız Avropa Cüdo İttifaqının (EJU) Tata şəhərindəki Olimpiya bazasında təşkil etdiyi hazırlıqlarda iştirak edirlər.

Aprelin 23-də Podqoritsada başlayacaq Avropa çempionatı öncəsi təlim-məşq toplanışına bir çox komandalar qatılıb.

Qeyd edək ki, Olimpiya çempionları Hidayət Qeydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiadadan sonra ilk starta hazırlaşırlar.

İdman.biz