Gimnaziada: Cüdoçularımız yarışa 4 medalla başlayıb - FOTO

Xəbərlər
11 Aprel 2025 19:43
60
Gimnaziada: Cüdoçularımız yarışa 4 medalla başlayıb - FOTO

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında cüdoçuların mübarizəsinə start verilib.

İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir, Luçani şəhərində təşkil edilən yarışların ilk günündə Azərbaycanın 4 idmançısı fəxri kürsüyə yüksəlib.

44 kq-da Yağmur Abdullayeva finalda monqolustanlı Buyanbleq Batxudu üstələyərək qızıl medal qazanıb.

Bürünc medal uğrunda görüşlərdə Fatimeyizəhraxanım Məmmədzadə (36 kq) Kişiqmaa Dorinanyidə (Monqolustan), Nərgiz Məmmədova (40 kq) Alessiya Şerdana (Braziliya), Məhəmmədəli Mehdi isə (73 kq) Boqdan Vuçkoviçə (Serbiya) qalib gəliblər.

Qeyd edək ki, cüdo yarışlarına aprelin 12-də yekun vurulacaq.

İdman.biz