Azərbaycan cüdoçuları U-15 Gimnaziadasını 7 medalla başa vurublar.
İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu gün oğlanlarda 2, qızlarda 1 mükafat olub.
Fuad Rəhimli (38 kq) Felipi Fransanı (Braziliya), Aleksandar Beqoviçi (Serbiya) və Svyatovslav Nesvyetovu (Ukrayna) məğlub edərək qızıl medal qazanıb.
Fərid Rzazadə (42 kq) Le Maya (Tayvan), Saulu Fereyraya (Braziliya) və Zoreslav Semenenkoya (Ukrayna) qalib gələrək çempion olub.
Qızlarda 63 kq-da Türkan Məmmədli Mariya Alekseyenkonu (Ukrayna) məğlub etsə də, yarımfinalda Danitsa Stoyanoviçə (Serbiya) uduzub. O, bürünc medal uğrunda yarışda Uyanqa Nandintsetseqə (Monqolustan) qalib gəlib.
Beləliklə, Azərbaycan cüdoçuları 3 qızıl və 4 bürünc medalla Gimnaziadanı tamamlayıb.
Qeyd edək ki, Azərbaycan 2011-2012 təvəllüdlü 18 cüdoçu ilə yarışa qatılmışdı.
İdman.biz