Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələr arasında Avropa kuboku start götürüb.
İdman.biz xəbər verir ki, Azərbaycanın 5 cüdoçusu ilk yarış günündə fəxri kürsüyə yüksəlib.
Qızlar arasında 48 kq çəki dərəcəsində tatamiyə çıxan Nərmin Ağamirzadə gümüş medalla kifayətlənib. Bu çəkidə Leyla Ələkbərova isə üçüncü olub. Xədicə Abdullayeva (44 kq) da turniri bürünc medalla tamamlayıb.
Oğlanların mübarizəsində isə Rza Xəlilli (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, Avropa Kubokunda 15 ölkədən 340 cüdoçu qüvvəsini sınayır.
İdman.biz