Cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramına start - FOTO

Xəbərlər
14 Aprel 2025 22:04
40
Cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramına start - FOTO

Azərbaycan Cüdo Federasiyası (ACF) regionlarda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına başlayıb.

İdman.biz xəbər verir ki, bu gün proqramın ilk seminarı Goranboyda Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarının məşqçi-müəllimləri üçün keçirilib.

Proqram çərçivəsində cüdo texnikaları, kombinasiyalar üzrə nəzəri və praktiki hazırlıqlar baş tutub. İlk seminarda ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF prezidentinin müşaviri Natiq Bağırov da iştirak edib.

Seminarlarda həmçinin Cüdo Liqaları, ilkin tibbi yardım, hakimliyin yeni qaydaları, sosial mediadan düzgün istifadədən də bəhs olunacaq. Proqram hər regionda 6 gün olmaqla keçiriləcək.

İdman.biz