Rüstəm Orucova Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsində vəzifə verilib - EKSKLÜZİV

Xəbərlər
16 Aprel 2025 16:50
386
Rüstəm Orucova Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsində vəzifə verilib - EKSKLÜZİV

Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucova yeni vəzifə verilib.

Olimpiya mükafatçımızın İdman.biz-ə verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsində çalışacaq.

O, cüdo üzrə performans direktoru olaraq işə başlayıb. Orucovun qarşısına əsas hədəf kimi ölkədə idmanın bu növünün inkişafı qoyulub.

Qeyd edək ki, Rio-2016-nın və dünya çempionatının finalçısı olan 33 yaşlı veteran cüdoçu 2023-cü ildə idmançı karyerasını başa vurub.

Aytac Sahəd
İdman.biz

Məqalədə: