Bu gün Azərbaycan Cüdo Federasiyasının (ACF) cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı çərçivəsində Goranboyda üçüncü seminar baş tutub.
İdman.biz xəbər verir ki, budəfəki sessiyalarda atmaların 8 istiqaməti və boğucu fəndlər üzrə praktiki məşğələlər təşkil olunub.
Məşğələlər ACF-in təhsil üzrə ekspertləri İsmayıl Rzayev, Samir İsmayılov və Natiq Qurbanlı tərəfindən keçirilib. Seminarda Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarından olan məşqçi-müəllimlər iştirak ediblər.
Qeyd edək ki, proqram hər regionda 6 gün davam edəcək.
İdman.biz