Dünya və Avropa çempionatlarının qəhrəmanları İstanbul turnirinə hazırlaşırlar

Xəbərlər
18 Aprel 2025 14:41
217
Dünya və Avropa çempionatlarının qəhrəmanları İstanbul turnirinə hazırlaşırlar

Yeniyetmələrdən ibarət Azərbaycan cüdo yığması növbəti turnirə hazırlaşır.

İdman.biz xəbər verir ki, idmançılarımız mayın 3-4-də İstanbulda keçiriləcək Avropa kubokunda çıxış edəcəklər.

Ümumilikdə heyətə 30 idmançı - 20 oğlan və 10 qız daxil edilib.

Onların arasında kadetlər arasında dünya çempionları Xədicə Qadaşova (52 kq), Nihad Məmişov (60 kq) və Cəsur İbadlı (81 kq), gənclər arasında Avropa çempionatının mükafatçıları Nizami İmranov (66 kq) və Aslan Kotsoyev (90 kq) də var.

Qeyd edək ki, Avropa kubokunda 25 ölkədən komandaların mübarizə aparacağı gözlənilir.

İdman.biz