Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb. Onu Avropa çempionatında Rəşid Məmmədəliyev (73 kq) əvəz edəcək.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23-27-də Monteneqroda keçiriləcək. Turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.
İdman.biz