Olimpiya çempionu Hidayət Heydərovun Avropa çempionatı üçün heyətindən çıxarılma səbəbi bəlli olub.
Azərbaycan Cüdo Federasiyasından İdman.biz-ə verilən məlumata görə, dünya və Avropa çempionatının dördqat qalibi soyuqlayıb.
Bildirilib ki, cüdoçunun hər hansı zədəsi yoxdur və məhz xəstəliyinə görə yarışda iştirak etməyəcək. Heydərovu Avropa çempionatında Rəşid Məmmədəliyev (73 kq) əvəz edəcək.
Qeyd edək ki, cüdo üzrə Avropa çempionatı aprelin 23-27-də Monteneqroda keçiriləcək. Turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.
Aytac Sahəd
İdman.biz