"Başlanğıcda asan deyildi. İşin xüsusiyyətləri öyrəşdiyimdən fərqli idi".
İdman.biz xəbər verir ki, bu sözləri cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Rixard Trautman Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək Avropa çempionatının startı ərəfəsində mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis komandamızda işləmək təcrübəsini bölüşüb, gələcək hədəflərdən danışıb, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) qızıl medal qazandıqları Paris Olimpiadasındakı uğurlarını qeyd edib: "Biz böyük arzular və böyük potensialla vahid istiqamətdə işləyən güclü komanda olmağı bacardıq. Sadəcə düzgün idmançılar tapmalı, onlara konsepsiya və ümid bəxş etməli olduq və bu, Parisdə öz bəhrəsini verdi. Növbəti hədəf kişilər qədər güclü qadın komandası yaratmaqdır".
İdman.biz