Bu gün Monteneqroda start götürən cüdo üzrə Avropa çempionatında qarışıq komanda yarışlarının növbəti püşkatması keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan yığması 1/8 finalda Gürcüstanla üz-üzə gələcək.
Komanda yarışları aprelin 27-də təşkil olunacaq.
Qeyd edək ki, dünən baş tutan püşkatma zamanı yarış təlimatları qaydaları pozulduğuna görə nəticələr ləğv olunmuşdu.
İdman.biz