Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 2 idmançısı mübarizəyə qoşulub.
Avropa çempionatı
Kişilər
73 kq
Rəşid Məmmədəliyev 1/16 final Benjamin Levi (Böyük Britaniya) ilə üz-üzə gəlib və rəqibini məğlub edib. O, ardınca Otari Kvantidzedən (Portuqaliya) də güclü olub. Məmmədyarov 1/4 finalda Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarında qalib gəldiyi Joan-Benjamin Qabanı (Fransa) sınağa çəkib. Rəşid də onunla dueldən qalib ayrılaraq yarımfinala yüksəlib. O, bu mərhələdə Danil Lavrentevlə (İJF) gücünü yoxlayıb. Təəssüf ki, cüdoçumuz uğurlu seriyanı davam etdirə bilməyib.
Rəqib qələbə qazandığından Məmmədəliyev bürünc medal uğrunda Daniel Zeqedi (Macarıstan) ilə mübarizə aparacaq.
Qadınlar
57 kq
Fidan Əlizadə 1/16 finalda Anastasiya Sokiryanskanı (Latviya) sınağa çəkib. Qələbə qazanan cüdoçumuz ikinci görüşündə Benta Ndiaye (İsveçrə) güləşib və rəqib mərhələ adlayıb.
Qeyd edək ki, yarışın ilk günündə Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 27-də yekun vurulaşacaq.
İdman.biz