Avropa çempionatı: Tçkayev və Fətiyev 1/4 finalda - YENİLƏNİR

Xəbərlər
25 Aprel 2025 15:04
297
Avropa çempionatı: Tçkayev və Fətiyev 1/4 finalda - YENİLƏNİR

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 5 idmançısı tatamiyə çıxıb.

Kişilər
81 kq

Zelim Tçkayev 1/16 finalda Orelyen Bonferroni (İsveçrə) ilə güləşib. Qələbə qazanan cüdoçumuz ikinci görüşündə Dorin Qotonoaqa (Moldova) ilə qüvvəsini sınayıb və bu dueldən də qalib ayrılıb. O, 1/4 finalda Antonio Esposito (İtaliya) ilə qarşılaşacaq.

Ömər Rəcəbli 1/16 finalda Eetu İhanamakini (Finlandiya) məğlub edib. O, ardınca Mattias Kasse (Belçika) ilə üz-üzə gəlib. Rəqib mərhələ adladığından həmyerlimiz yarışla vidalaşıb.

90 kq
Murad Fətiyev 1/16 finalda Aleksandr Sidoriklə (IJF) qarşılaşıb və inamlı qələbə qazanıb. Yığma üzvü 1/8 finalda İslam Soqenovla (Serbiya) münasibətinə aydınlıq gətirib. Rəqibini məğlub edən Fətiyev növbəti görüşündə Luka Maysuradze (Gürcüstan) ilə mübarizə aparacaq.

Qadınlar
70 kq

Günel Həsənli 1/32 finalda Anna Oleynik-Korniyenkoya (Ukrayna), Südabə Ağayeva Adelina Novitskiyə (İsrail) uduzub.

Qeyd edək ki, yarışda hələlik Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 27-də yekun vurulacaq.

İdman.biz