Azərbaycanın cüdo yığmsı Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında üç günündən sonra ümumi hesabda 11-ci yerdədir.
İdman.biz xəbər verir ki, komandamızın aktivində Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyevin (90 kq) qazandığı 4 bürünc medal var.
Azərbaycan İspaniya, Hollandiya, Serbiya və digər ölkələri qabaqlayır.
Fransa liderdir (2-2-4), daha sonra IJF (2-2-0) və İtaliya (1-2-3) komandaları qərarlaşıblar.
Çempionatda üç gün ərzində 18 ölkədən cüdoçular fərqləniblər.
İdman.biz