Cüdo üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Monteneqronun paytaxtı Podroritsada keçirilən yarışın dördüncü günündə Azərbaycan millisinin üç cüdoçusu tatamiyə çıxıb.
Olimpiya çempionumuz Zelim Kotsoyev Paris-2024-dən sonra ilk sınağına başlayıb. Fərdi yarışların son günündə Uşanqi Kokauri və Nigar Süleymanova da mübarizə aparıb.
Fərdi yarışların son günündə daha bir medal qazanan yığmamız Avropa çempionatını 5 medalla başa vurub.
Kişilər
100 kq
Zelim Kotsoyev mübarizəyə 2-ci mərhələdən start verib. O, startda Mixael Aristosu (Kipr), ardınca Maksims Duynovsi (Latviya) məğlub edib. Olimpiya çempionumuz yarımfinalda Anton Savitski (Ukrayna) ilə qarşılaşıb və növbəti qələbəsini qazanıb. O, finalda Paris-2024-də məğlub etdiyi gürcüstanlı İlya Sulamanidze ilə gücünü yoxlayıb. Zelim yuko fəndi ilə uduzaraq, Avropa çempionatının gümüş medalını qazanıb.
+100 kq
Uşanqi Kokauri Patrik Bronietslə (Polşa) üz-üzə gəlib. Qələbə qazanan cüdoçumuz 1/8 finalda Marius Fizellə (Slovakiya), növbəti görüşündə Recep Erginlə (Türkiyə) dueldən üstün ayrılıb. Kokauri yarımfinalda Valeri Endovitskiyə (İJF) uduzub. Təmsilçimiz Erik Abramovla (Almaniya) bürünc medal uğrunda yarışıb. Uduzan Uşanqi medal qazanmaq şansını itirib.
Qadınlar
+78
Nigar Süleymanova ilk görüşdə Sofiya Somkxişviliyə (Gürcüstan) uduzub.
Qeyd edək ki, yığmamız yarışın ilk 3 günündə 4 bürünc medal qazanıb. Əhməd Yusifov 60 kq, Rəşid Məmmədəliyev 73 kq, Zelim Tçkayev 81 kq, Murad Fətiyev 90 kq çəkidə fəxri kürsüdə yer alıb.
İdman.biz