Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı bu gün başa çatacaq.
İdman.biz xəbər verir ki, yarışın son günündə Azərbaycan yığması qarışıq komandaların mübarizəsinə qatılıb.
Cüdoçularımız 1/8 final mərhələsində Gürcüstan millisinə məğlub olublar - 0:4.
Günel Həsənli (70 kq), Zelim Kotsoyev (100 kq), Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) üçün qarşılaşmalar uğursuz alınıb.
Qarışıq komanda yarışında 15 ölkənin yığmaları (154 cüdoçu: 77 kişi, 77 qadın) mübarizə aparır.
Qeyd edək ki, cüdoçularımız turnirin fərdi yarışlarında 5 medal (1 gümüş, 4 bürünc) qazanıblar. Zelim Kotsoyev (100 kq) gümüş, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medala sahib çıxıblar.
İdman.biz