Avropa çempionatının mükafatçıları reytinqdə irəliləyiblər

Xəbərlər
29 Aprel 2025 14:55
223
Avropa çempionatının mükafatçıları reytinqdə irəliləyiblər

Beynəlxalq Cüdo Federasiyası (IJF) dünya reytinqini yeniləyib.

İdman.biz xəbər verir ki, bu reytinqdə Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatının nəticələri öz əksini tapıb.

Qitə yarışında Azərbaycan cüdoçuları bir gümüş və dörd bürünc medal qazanıblar.

Olimpiya çempionları - Hidayət Heydərov (73 kq) və həmçinin Avropa çempionatının gümüş mükafatçısı Zelim Kotsoyev (100 kq) liderliklərini qoruyublar.

Bürünc medalçılar Əhməd Yusifov (60 kq), Raşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) də öz göstəricilərini yaxşılaşdırıblar. Tçkayev bir pillə irəliləyib 7-ci yerə, Məmmədəliyev üç pillə irəliləyib 8-ci yerə, Fətiyev də üç pillə irəliləyərək 16-cı yerə, Yusifov isə dörd pillə irəliləyərək 17-ci yerə yüksəliblər.

Avropa çempionatında beşinci olan Uşangi Kokauri (+100 kq) da üç pillə irəliləyərək 13-cü sıraya yüksəlib. Monteneqroda yeddinci yeri tutan Tufan Bayramov (60 kq) isə reytinqdə bir mövqe itirib və o da 13-cü yerdə qərarlaşıb.

İdman.biz