Dünya Karate Federasiyası (WKF) oktyabrın 24-29-da Budapeştdə Azərbaycan komandasının iştirakı ilə keçiriləcək dünya çempionatının nüanslarından danışıb.
İdman.biz-in məlumatına görə, bu, fərdi və komanda yarışlarını birləşdirən sonuncu dünya çempionatı olacaq. "Budapeştdən sonra dünya çempionatları onun yeni strukturu əsasında keçiriləcək. Buna əsasən, fərdi və komanda turnirləri ayrıca təşkil olunacaq", - WKF portalı vurğulayır.
O da qeyd olunur ki, Laszlo Papp arenası əsas startın yeri olacaq.
WKF dünya karatesinin ulduzlarını qeyd edərək, Budapeştdə ikiqat dünya çempionu statusunda çıxış edəcək qadınlardan ibarət yığmanın lideri İrina Zaretskanı (68 kq) da xatırladıb.
Nicat Zəkiyev
İdman.biz