8-10 sentyabr tarixlərində Dublində karate üzrə Premyer Liqanın dördüncü final turniri keçiriləcək.
İdman.biz-in məlumatına görə, yarışda Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri İrina Zaretska (68 kq) da iştirak edəcək
Ümumdünya Karate Federasiyasının (WKF) saytı yarışla bağlı hazırladığı reportajda vurğulayıb ki, "Dublində dörd hazırkı dünya çempionu və on iki olimpiya mükafatçısı yarışacaq. Onların arasında artıq iki dəfə dünya çempionu olan, həmçinin Tokio Oyunlarında gümüş qazanan Zaretska da var".
WKF həmçinin hesab edir ki, 68 kq çəki dərəcəsində qələbə uğrunda əsas mübarizə Azərbaycan karate komandası ilə İsveçrəli Yelena Quiriçi arasında gedəcək. "Bu idmançılar arasında mümkün duel Dublində ən çox gözlənilən və həyəcanlı ola bilər", - portal qeyd edir.
Dublində keçiriləcək Premyer Liqa mərhələsində ümumilikdə 58 ölkədən 350 idmançı iştirak edəcək.
Nicat Zəkiyev
İdman.biz