Karateçimiz Avropa çempionatında 3-cü yeri tutub

Xəbərlər
11 May 2024 19:52
236
Karateçimiz Avropa çempionatında 3-cü yeri tutub

Xorvatiyanın Zadar şəhərində karate üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışda ilk medalını rəsmiləşdirib.

Yığmamızın heyətində Hüseyn Məmmədli (67 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Qeyd edək ki, yığmamızın 4 parakarateçi Avropa çempionatının finalına vəsiqə qazanıb. Emiliya Mitlinova, Vidadi Xalıqov, Eldar Əhmədov və Nihat Məmmədzadə qitə birinciliyində qızıl medallar uğrunda mübarizə aparacaqlar. Ariana Mitlinova isə 3-cu yer uğrunda görüşə çıxacaq.

İdman.biz