Azərbaycan Karate Federasiyasının şito-ryu komandası Almaniyanın Regensburq şəhərində keçirilən Avropa çempionatında iştirak edəcək.
İdman.biz xəbər verir ki, yarışda ölkəmizin idman şərəfini 3 karateçi qoruyacaq.
Yığmanın heyətində İmran Quluzadə (72 kq), Mehman Eynalov (80 kq) və Fuad Əliyev (+80 kq) medallar uğrunda mübarizə aparacaq.
Komandamıza AKF-in Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi başçılıq edəcək.
İdman.biz