Aysu Əliyeva Poreçdə medal qazanıb

Xəbərlər
28 İyun 2024 10:33
88
Aysu Əliyeva Poreçdə medal qazanıb

Azərbaycan millisi Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında ilk medalını qazanıb.

İdman.biz xəbər verir ki, yığma üzvü Aysu Əliyeva (68 kq) fəxri kürsüyə yüksəlib.

O, 21 yaşadək idmançıların yarışında bürünc medal qazanıb.

Qeyd edək ki, komandamıza bu yarışda AKF-in baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.

İdman.biz

Məqalədə: