“Yarış yüksək səviyyədə keçdi. Medal qazandığım üçün çox sevincliyəm”.
Bunu İdman.bizə Azərbaycan millisinin karateçisi Aysu Əliyeva (68 kq) deyib.
O, Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışındakı çıxışı şərh edib. Əliyevanın sözlərinə görə, bu, onun U-21-də ilk medalıdır: “Rəqiblərim arasında dünya çempionu və Avropa üçüncüsü var idi. Görüşlər çətin oldu. Hətta məndən yaşca böyüklər də vardı. Buna baxmayaraq, onlara qalib gəldim. Beş görüş keçirdim. Yarımfinalda uduzdum və zədələrim oldu. Buna baxmayaraq, sona qədər mübarizə apardım. Verilən səhv qərarla qızıl medalı itirdim. Bürünc uğrunda ilə qalib gəldim. Yarışa yollanmamışdan öncə də özümə güvənirdim və bilirdim ki, Vətənə medalsız dönməyəcəm”.
Onun sözlərinə görə, növbəti hədəfi dünya çempionatında yüksək nəticə qazanmaqdır: “Vətənə qayıdan kimi bu çempionata hazırlaşacağıq. Bundan sonra qarşıda çox yarışlar var. Çalışacam ki, 2023-də keçirilən Avropa çempionatındakı kimi orda da finala çıxıb, Himnimizi səsləndirim”.
Banuçiçək Hüseynli
İdman.biz