Karateçimiz Poreçdə çempion olub

Xəbərlər
29 İyun 2024 13:50
306
Karateçimiz Poreçdə çempion olub

Azərbaycan karateçisi Rahib Əzim (+76 kq) Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fəxri kürsüyə yüksəlib.

Bütün rəqiblərinə qalib gələn Əzim çempion tituluna yiyələnib.

Qeyd edək ki, komandamıza bu yarışda AKF-in baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.

İdman.biz

Məqalədə: