Azərbaycan karateçilərindən üç medal - FOTO

Xəbərlər
16 İyul 2024 10:26
274
Azərbaycan karateçilərindən üç medal - FOTO

Azərbaycan yığmasının iki karateçisi “Kazakhstan Open” beynəlxalq turnirində uğura imza atıb.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz Qazaxıstanın Astana şəhərində keçirilən yarışda biri qızıl, biri gümüş, biri bürünc olmaqla ümumilikdə 3 medal əldə edib.

61 kq çəki dərəcəsində mübarizə aparan Oksana Nakoneçna turnirdə iki mükafat əldə edib. Gənclərin yarışında bütün rəqiblərinə qalib gələn karateçimiz çempion adına yiyələnib.

Oksana böyüklərin yarısında da çıxış edib. Həmyerlimiz burada bürünc medala sahib olub.

Rəşid Süleymanov 16-17 yaş kateqoriyasında fərqlənib. O, 76 kq çəki dərəcəsində yarışın gümüş mükafatını qazanıb.

İdman.biz

Məqalədə: