Avropa Universitet Oyunları: Kişi karateçilərimiz finalda, qadınlardan bürünc medal - FOTO

Xəbərlər
17 İyul 2024 20:04
425
Avropa Universitet Oyunları: Kişi karateçilərimiz finalda, qadınlardan bürünc medal - FOTO

Macarıstanda tələbələrin Avropa Universitet Oyunları çərçivəsində karate üzrə komanda yarışlarına start verilib.

İdman.bizin Mişkolts şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, kişi və qadınlar arasında təşkil olunan mübarizədə Azərbaycan İdman Akademiyasının komandaları da qüvvəsini sınayır.

Kişilər
Fərid Savadov, Ramil Baxşəliyev, Nicat Kərimli, Vahid Həsənov və Osman Osmanlıdan ibarət Azərbaycan İdman Akademiyası ilk görüşünü İstanbul Kent Universitetinə qarşı keçirib. Komandamız Türkiyə təmsilçinə 3:0 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb. Həlledici döyüş iyulun 18-də olacaq. Qızıl medal uğrunda rəqib isə qardaş ölkənin digər təmsilçisi İstanbul Aydın Universiteti olacaq.

Qadınlar
Aysu Əliyeva, Renata Ərəbli, Suada Kərimova və Fatimə Cəbrayılovadan ibarət komandamız Yena Universiteti (Almaniya) ilə qarşılaşıb. Görüş Azərbaycan İdman Akademiyasının 2:0 hesablı qələbəsi ilə bitib. Komandamız 1/4 finalda Pristina Universiteti (Kosovo) ilə qüvvəsini sınayıb. Rəqib 2:0 hesabı ilə qalib gəlib. Kosovo komandası finala yüksəldiyi üçün Azərbaycan İdman Akademiyası bürünc medal uğrunda ev sahibləri - Macarıstan İdman Elmləri Universiteti ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Bu, tələbələrimizin komanda yarışında üçüncü olmasını rəsmiləşdirib.

İdman.biz