Macarıstanda tələbələrin Avropa Universitet Oyunları çərçivəsində karate yarışları başa çatıb.
İdman.bizin Mişkolts şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, turnirin son günündə Azərbaycan aktivinə daha bir medal əlavə edib.
Fərid Savadov, Ramil Baxşəliyev, Nicat Kərimli, Vahid Həsənov və Osman Osmanlıdan ibarət Azərbaycan İdman Akademiyası kişilərin komanda yarışında ikinci yeri tutub. Təmsilçimiz finalda İstanbul Aydın Universitetinə 2:3 hesabı ilə uduzub.
Bununla da karateçilərimiz Oyunları bir dəst medalla başa vurub. Daha öncə Fərid Savadov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Azərbaycan İdman Akademiyasının qadınlardan ibarət komandası (Aysu Əliyeva, Renata Ərəbli, Suada Kərimova və Fatimə Cəbrayılova) isə 3-cü yeri tutub.
Qeyd edək ki, yarışda ölkəmizin aktivində hələlik 5 mükafat var. Karateçilərimizdən əvvəl şahmatçılarımız - Vüqar Manafovla Elmar Atakişiyev rapid üzrə komanda yarışında qızıl, blitsdə gümüş medal qazanıb.
İdman.biz