Azərbaycan millisi deflimpiya üzrə karateçilər arasında açıq Rusiya çempionatına qatılacaq.
İdman.biz xəbər verir ki, Soçi şəhərində keçiriləcək beynəlxalq turnirdə iki idmançımız mübarizə aparacaq.
Səma Tağızadə (47 kq) və Elnur Qasımzadə (67 kq) tatamiyə çıxacaqlar.
Rusiyadakı turnir deflimpiya üzrə dünya çempionatının hazırlıq xarakteri daşıyır. Dekabrın 15-20-də baş tutacaq mundial Malayziyada keçiriləcək.
Qeyd edək ki, iyulun 27-28-də təşkil olunacaq “Russia Open”də millimizə məşqçi Seymur Xudaverdiyev başçılıq edəcək.
İdman.biz